AZ

Şirvanda əməliyyat – Həbs olunan var

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib.

Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov
phrase_var_article.chosen
52
27
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close