AZ

Şirvanda narkokuryer saxlanılıb

Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəxsin üzərindən çəkisi 4 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

phrase_var_article.chosen
66
8
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close