AZ

Cənubi Afrikada avtobus körpüdən aşıb, 45 nəfər ölüb

Cənubi Afrikanın şimal-şərqində avtobusun qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Limpopo vilayətinin Nəqliyyat və İcma Təhlükəsizliyi Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
"Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Florens Radzilani 45 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının baş verdiyi yerə baş çəkib", - deyə qeyd olunub.
Məlumata əsasən, sürücünün idarəetməni itirməsi avtobusun körpüdən aşaraq qayalara çırpılmasına səbəb olub. Ümumilikdə avtomobildə 46 nəfər olub: yalnız 8 yaşlı uşaq sağ qalıb, o, ən yaxın xəstəxanaya göndərilib.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla