AZ

Lavrov: Rusiya ABŞ-la əsirlərin mübadiləsi ilə bağlı dialoqa hazırdır

Rusiya ABŞ-la Cenevrədə ölkələrin prezidentləri Vladimir Putin və Co Baydenin əldə etdiyi razılaşmalar əsasında əsirlərin mübadiləsi ilə bağlı dialoqa hazır olduğunu bildirir. Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib. “Amerikalılar mütəmadi olaraq məhbus mübadiləsi ilə bağlı razılaşdıqlarını bəyan edirlər, lakin Rusiya əməkdaşlıq etməkdən imtina edir. Bunlar prezidentlərin razılaşmalarına zidd olan vicdansız üsullardır. Biz onlara sadiqik və dialoqu Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Baydenin razılaşdırdıqları şəkildə və formada davam etdirməyə hazırıq”, - deyə Lavrov qeyd edib. Bununla bağlı nazir xatırladıb ki, Rusiya Federasiyası ilə ABŞ arasında əsirlərin mübadiləsinə dair razılaşma 2021-ci ilin iyununda Cenevrədə əldə olunub. “Bu ondan ibarət idi ki, xüsusi xidmət orqanları arasında kanal yaradılıb və onun məxfi şəkildə işləməsi razılaşdırılıb”, - deyə Lavrov bildirib. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Moskvanın “bu mövzunu ictimai sferaya təqdim etmədiyini” vurğulayıb. “Bizim tərəfimizdən bu, yalnız əldə olunmuş konkret razılaşmalar həyata keçirilərkən şərh edilib”, - deyə qeyd edib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Cenevrədə keçirilən Rusiya-ABŞ sammitindən sonra jurnalistlərə bildirib ki, Moskva və Vaşinqton ABŞ-da məhkum olunmuş rusiyalılar və Rusiyada cəza çəkən amerikalılar mövzusunda müəyyən kompromislər tapa bilər. Qadir, Bizimyol.info

phrase_var_article.chosen
177
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close