AZ

Füzuli şəhərinə növbəti köç: daha 35 ailə yurduna dönüb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bizimyol.info xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Seçilən
156
11
Mənbələr
Şərh ()
Bağla