AZ

Könül Kərimova: “Qayınanam mənim doğma xalam idi” – VİDEO 

“Keçmiş qayınanamla olan münasibət məni qanə edirdi. Qayınanamı çox istəmişəm. Çünki o, doğma xalam idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “7 tamam” verilişində deyib. 

Kərimova bildirib ki, onun oğlu ilə boşanması xalasına pis təsir edib: 

“Mən qayınanamı istədiyim kimi o da məni bir övladı kimi çox istəyirdi. Hərdən o mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik də edirdi. Mən isə ona deyirdim ki, qətiyyən belə etmə. Digər gəlinlərin səndən buna görə inciyə bilərlər. Deyərlər ki, bu özününküdür, hər zaman da bunu (özünü nəzərdə tutur – red.) hamıdan yaxın tutur. Onun oğlu ilə ayrılmağım ona pis təsir göstərdi”. 
Qeyd edək ki, Könül Kərimovanın iki övladı var – Rəşad və Ləman.
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla