AZ

Çilingər ona söyüş söyən sərxoş qonşusunu bıçaqladı - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 06 avqust 2023-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən binaların birinin qarşısında qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Sənan Quliyev qonşusu, zərərçəkmiş Ələmdar Səfərovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə sərxoş vəziyyətdə olan zərərçəkmişin təqsirləndirilən şəxsin ünvanına nalayiq söyüşlər söyməsi olub. Bu zaman o, üzərində olan cib bıçağı ilə qəsdən Ələmdarın qarın nahiyəsinə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Sənan Quliyev saxlanılıb və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

 

Qeyd: Sənan Quliyev dövlət qurumlarının birində təmir sexində çilingər vəzifəsində işləyir.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 Mart 2024, 09:16   
Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla