AZ

Həbsxanadan buraxılmış Daniel Alves kef məclisi qurdu

Martın 25-də 1 milyon avro girov qarşılığında həbsdən buraxılmış, Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alves yenidən gündəmə gəlib.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Alves azadlığa çıxdıqdan bir gün sonra səhər saat 5-ə qədər davam edən əyləncə məclisi təşkil edib.

Mənbənin məlumatına görə, səhər Alves ailəsini və dostlarını Barselona yaxşınlığındakı Espluqes-de-Lyobreqat şəhərciyindəki evində qəbul edib. Sonra Braziliya millisinin sabiq futbolçusu dostları ilə birlikdə villaya gedib və burada həbsxanadan sərbəst buraxılmasını səhər saat 5-ə qədər qeyd etməyə davam edərək əylənib.

Xatırladaq ki, 40 yaşlı Daniel Alves zorlama maddəsi ilə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Alves həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Bununla belə, Alves hazırda hökmdən apellyasiya şikayəti verməkdədir. Alves tələb edilən girovu ödədiyi üçün apellyasiya prosesi zamanı evində qala bilər, amma Daniel bir sıra şərtlərə əməl etməlidir.

Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı.

Şikayət ərizəsinə baxılınca Dani Alves məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilər.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla