AZ

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Aygün

London, 29 mart, AZƏRTAC

“Meta” şirkətindəki xaricilər Bakını çox yaxşı tanıyırlar. Alov qülləsini, onun fonundakı Bakı qalasını tanıyırlar, bu görüntünü çox sevirlər”.

Bu sözləri AZƏRTAC-ın London müxbirinə müsahibəsində “Meta” şirkətində çalışan azərbaycanlı Aygün Zərbəliyeva deyib.

O bildirib ki, “Meta” şirkətində dünya üzrə təxminən 20 nəfər azərbaycanlı çalışır: “London ofisində hazırda səhv etmirəmsə 4-5 azərbaycanlı var. Bizim çox gözəl münasibətimiz var. Biz çoxumuz Azərbaycandan bir-birimizi tanıyırıq. Xaricilər bizim ölkənin adını eşidəndə yeməklərlə maraqlanırlar. Son illərdə Azərbaycanla bağlı çoxlu maraqlı verilişlər var, “YouTube”da kanallar var və bizim mətbəximiz çox gözəl nümayiş olunur. Həmin yerlərə turlar götürmək haqqında soruşurlar. Məsələn, Azərbaycanın şimal bölgəsinə. Sadəcə söz xətrinə yox, həqiqətən də ölkənin mədəniyyətini bilirlər, xoş yanaşırlar”.

Müsahibənin tam versiyasını bu linkdən oxuya bilərsiniz.

phrase_var_article.chosen
57
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close