AZ

Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan RespublikasıPrezidentinin köməkçisi - Prezident Administrasiyasının xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin“Phoenix” telekanalına müsahibəsində deyib.

"Regional məsuliyyət, təşəbbüs və əməkdaşlıq olmalıdır. SülhBakı ilə İrəvan arasında olmalıdır. Biz bir-birimizin problemlərinianlamalı, qarşıdurma səhifəsini çevirməli və irəli hərəkətetməliyik. Misal üçün Fransa kimi ölkələr bir tərəfdən Ermənistanısilahlandırır, digər tərəfdən isə sülh barədə danışır. Bu, faydagətirə bilməz, çünki siz prosesdə qərəzli tərəfə çevrilirsiniz. Bizhəmçinin, ABŞ-nin də bir sıra bəyanat və tədbirlərindən məyusolduq. ABŞ Azərbaycana münasibətdə birtərəfli mövqe tutub", - odeyib.

Prezidentin köməkçisi ABŞ-nin həmçinin, Azərbaycana yardımgöstərməyi qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişiqəbul etməsini xatırladıb.

"Azərbaycanın heç kimin yardımına ehtiyacı yoxdur. Biz yardımalan ölkə deyilik. Bu cür konsepsiya bizim üçün anlaşılmazdır.907-ci düzəliş ABŞ Konqresi tərəfindən hələ 1992-ci ildə Azərbaycanəraziləri işğal altında olanda qəbul edilib. Təsəvvür edin ki, sizişğala məruz qalırsınız və ABŞ Konqresi Amerika hökumətinəAzərbaycana yardım göstərməyi qadağan edən 907-ci düzəlişi qəbuledir.

Lakin yenə də bu ABŞ-nin seçimi, onun Konqresidir, lakin məsələburasındadır ki, siz birtərəfli tədbirlər görürsünüzsə, danışıqlarprosesində qərəzsiz tərəf ola bilməzsiniz. Biz xeyirxah xidmətləriyüksək qiymətləndiririk. Lakin hər hansı vasitəçiliyə ehtiyacolduğunu hesab etmirik", - deyə H.Hacıyev əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

phrase_var_article.chosen
49
5
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close