AZ

Moskva terrorunda yaralananlardan biri də vəfat edib

“Crocus City Hall”da baş verən terror aktından sonra vəziyyəti son dərəcə ağır olan xəstələrdən daha biri xəstəxanada dünyasını dəyişib. Bu barədə jurnalistlərə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib. Xəbəri TASS yayıb. 
“Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir xəstə xəstəxanada dünyasını dəyişdi. Həkimlər onun həyatı üçün mübarizə apardılar və mümkün olan hər şeyi etdilər. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - Muraşko bildirib.
Bundan əvvəl Belarusun Rusiya Federasiyasındakı səfirliyi  respublika vətəndaşının terror aktı nəticəsində öldüyü barədə məlumat yayıb. Onların məlumatına görə, çoxsaylı güllə yaraları alan 1981-ci il təvəllüdlü kişi bu gün vəfat edib. 
P.ƏMİRCANOVXQ

phrase_var_article.chosen
38
10
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close