AZ

Möhkəm təməl üzərində qurulan əməkdaşlıq: ÇİN-AZƏRBAYCAN

“Ulu öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı”. Bu barədə ötən il Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirmişdi. Ulu Öndər dünya nəhənglərindən olan Çinlə əlaqələrin inkişafında maraqlı idi və buna çalışırdı. Dünyanın Heydər Əliyev kimi siyasi xadiminin Çinlə münasibətlərin qurulması barədə dediyi fikirlər qarşılıqsız qalmırdı. 2005-ci ildə İlham Əliyevin president qismində bu ölkəyə səfərini və müzakirə olunan məsələləri, imzalanan sənədləri Heydər Əliyevin yarımçıq qalmış işinin davamı kimi qiymətləndirmək olar. Bəli Azərbaycan-Çin əməkdaşlığının təməli məhz o vaxt qoyulub ki, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd-şərtsiz söyləyə bilərik. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin dünya siyasətində yeri və rolu həyata keçirilən xarici siyasətin səmərəliliyindən asılıdır. Çoxvektorlu və praqmatik strateji kurs milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Bir sözlə, Azərbaycanın inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı strateji faktorlardan biri həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır.Çin-Azərbaycan münasibətlərində önəmli məsələXXI əsrin iqtisadi güc mərkəzlərindən birinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə fərqlənən Çin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi mühüm aktorlardandır. Təxminən 75 il öncə elan olunan Çin Xalq Respublikası Avrasiya geosiyasi məkanında ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. Belə ki, hazırkı dönəmdə Qafqaz, Xəzər-Qara-Baltik dənizləri coğrafiyası və Mərkəzi Asiyadakı bir sıra regional miqyaslı, qlobal xarakterli layihələrə xüsusi maraq göstərən Çinin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA projesi çərçivəsində reallaşdırılan “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizidir.
Çin Xalq Respublikası Azərbaycanla çoxşaxəli münasibətlərin inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən regional təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan siyasi-iqtisadi əməkdaşlıq əlaqələri bölgədə inteqrasiyanın sürətləndirilməsində önəmli rola malikdir. Bir sözlə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlığa əsaslanan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsində, daha geniş anlamda Avrasiyada işbirliyi və təhlükəsizliyə fundamental töhfələr verir. Bütövlükdə ekspertlərin qənaəti budur ki, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.Azərbaycan rəsmi Pekinlə sıx siyasi və iqtisadi münasibətlər qurmuş ölkələr sırasındadır. Bu özünü Çin Xalq Respublikasının sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında da özünü göstərir. “Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”, - deyə Cinpin Azərbaycan Prezidentinə ünvanladığı məktubda bir daha vurğulayıb.Bu gün Çin Azərbaycanın Cənubi Qafqazdakı hakim siyasi-iqtisadi rolunu, artan iqtisadi qüdrətini, mühüm nəqliyyat-logistika yolları üzərində yerləşdiyini və enerji daşıyıcıları ilə zəngin olduğunu anlayır. Ölkəmiz Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşıdır. 2022-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,2 milyard ABŞ dolları təşkil etmişdisə, 2023-cü ilə həmin göstərici 50%-dən çox artıb və bu rəqəmlər artmağa davam edir. Çox önəmli faktlardan biri də budur ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşduğu nadir ölkədir. Ölkəmiz istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba yüklərin daşınmasında vacib beynəlxalq haba çevrilib. Müasir hava limanları, magistral yollar, Bakı-Tbilisi-Qars kimi yeni dəmir yolu xətti və Ələtdə tikilən və ildə 25 milyon tona qədər yük çevirmə imkanı olan Bakı Beynəlxalq Ticarət Limanı Azərbaycanın daxili nəqliyyat infrastrukturunun tam hazır səviyyədə olduğundan xəbər verir. Bütün bunlar Azərbaycanı digər ölkələrdən cəlbedici şəkildə fərqləndirir.Azərbaycan-Çin münasibətlərində səmimi dostluqAzərbaycan qlobal alternativ güc olan Çinlə Azərbaycan arasında olan səmimi dostluq münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini əhatə edir. Bunu strateji əməkdaşlıq yolunun başlanğıcı da adlandırmaq olar. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etdiyini görürük. Azərbaycan rəhbərliyinin özünə strateji müttəfiq seçəndə yanılmadığı hər sahədə özünü göstərir. Ərazi bütövlüyü və separatçılıq problemləri barəsində Azərbaycan ilə eyni həssaslığı paylaşan Çin Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərdə ya bitərəf qalıb, ya da qərarların lehinə səs verib. 2008-ci il martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclis tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs verib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Eyni zamanda, Çin 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da ölkəmizin yanında dayandı. BMT Təhlükəszlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın haqq mübarizəsini müdafiə etdi. Ən mühüm məqamlardan biri də odur ki, Çin artıq keçmişdə qalan münaqişəni Avrasya və hətta qlobal konteksdə görüb.Azərbaycan-Çin iqtisadi əlaqələrindən bəhs edərkən, ilk növbədə, vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Mövcud olan mühüm siyasi-iqtisadi əməkdaşlıq əlaqələri regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir. Bu ölkənin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Artıq rəsmi Pekin Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmir yolunun çəkilməsi layihəsinə də maraq göstərir və onun maliyyələşdirilməsində iştirak etməyə razılıq verib. Çünki bu dəhliz Çin və Orta Asiya məhsullarının ən qısa marşrutla Avropaya daşınmasına imkan yaradacaq.“Bir kəmər, bir yol”Çindən Türkiyəyə, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutan, Çinin “Bir yol, bir kəmər” təşəbbüsünün tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ikitərəfli əməkdaşlıqda əhəmiyyətli yer tutur. Xüsusən, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycandan keçən bu nəqliyyat dəhlizinin əhəmiyyəti və rolu artıb. Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.
Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi diqqətəlayiq haldır. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”.Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.Dostluğun qızıl standartıAzərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Prezident İlham Əliyev ölkənin inkişafı ilə bağlı yeni prioritetlər müəyyən edib. Ölkəmizin yaxın dost və tərəfdaşı olan Çin ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın Çin ilə strateji əməkdaşlığının və tərəfdaşlığın genişləndirilməsində, yeni səviyyəyə qaldırılmasında maraqlıdır. İki ölkə arasında əla siyasi münasibətlər, iqtisadi-ticarət, o cümlədən enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq var. Azərbaycan Vahid Çin prinsipini daim dəstləyir.Azərbaycanla Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi qəbul edir. Azərbaycan Prezidenti İlham Əliyev bu amilləri nəzərə alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın prioritetlərindən biri kimi müəyyənləşdirib. İki ölkə arasında iqtisadi-ticari münasibətlər davamlı inkişaf edir. Ölkələrimizin iqtisadi əməkdaşlığı üçün daha geniş imkanlar var. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və yaşıl keçid sahələrində Çini tərəfdaş kimi görür. Azərbaycanın COP29-a ev sahibliyi etməsinə dair qərar beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət və etimadının göstəricisidir. Qazıntı yanacağı ixrac edən Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində Qlobal Cənub və Qlobal Şimal arasında anlaşma və həmrəyliyin qurulmasına çalışacaq. Ölkəmiz COP29 ilə əlaqədar fundamental məsələlər üzrə bütün tərəflərlə dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı ölkələrindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir.Əlaqələr genişlənirYeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin inkişafı sahəsində uğğurlar əldə edilib. İki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb. YAP və ÇKP arasında əməkdaşlıq hazırda davamlı inkişaf edərək möhkəmlənir. Bu gün biz dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaqla, təntənəli şəkildə münasibətlərimizin növbəti ilini qeyd edirik. Qarşılıqlı səfərlər bu əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayır. Tarix göstərir ki, iki partiya arasında yaxınlaşma, əməkdaşlığın dərinləşməsi dövlət başçılarının iradəsi sayəsində mümkün olub. Hər iki partiya xalqa söykənərək, dövlətin inkişafı üçün çalışır.Çin Kommunist Partiyasının yaxşı dostu və tərəfdaşı kimi Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyi konsepsiyası yüksək qiymətləndirilir. Görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ölkənin inkişafı üçün siyasi və iqtisadi islahatlar aparıb və bu gün də proses davam edir. Tarixi İpək Yolu Çin və Azərbaycana sarsılmaz dostluq əlaqələri bəxş edib. Müasir dövrdə isə "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində ölkələrimiz sıx əməkdaşlıq edir.Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Prezident İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilib və ikitərəfli əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu cür yüksək səviyyəli əlaqələr sayəsində hakim partiyalar arasında qarşılıqlı səfərlər təşkil olunur, dövlət və cəmiyyət idarəçiliyi sahəsində təcrübə mübadilələri həyata keçirilir.V.VƏLİYEV

phrase_var_article.chosen
97
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close