AZ

31 Mart reallığı – Unutma ki, unudulmayasan

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ... Azərbaycanda erməni vəhşiləri tərəfindən qanlı soyqırımın unudulmaz tarixlərindən biridir. Bu tarix həmiş iyrənc maskaları ilə dünyaya “biz günahkar deyilik, günah türklərdədir” deyə bağıran daşnak sözçülərinin son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu yazıldığı unudulmayan, nə qədər qəribə səslənsə də əlamtdar tarixdir. Bir də bu o tarixdir ki, erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini bir daha üzə çıxarır və xatırladır ki, ey azərbaycanlılar, ulu babaları, nənələri qanında boğulmuş millət, unutma ki, unudulmayasan!Məhz elə buna görə də, unudulmayan Xocalı kimi bir faciəni artıq dünya soyqırımı kimi tanımaqdadır. Dünya faktlar, sübutlar, sənədlər, canlı şahidlər hesabına Xocalını soyqırımı kimi tanımağa məcbur oldu və bu istiqamətdə dövlətin qətiyyətli iş aparmağının sayəsində, Xocalı dedikdə SOYQIRIMI sözü öz məntiqi yerini tutmağa başlayıb.Belə olan halda, bu reallığı 31 mart tarixinə kökləməyin zamanı da çatıb. Ancaq təəssüf doğuran da odur ki, hansı ki, yalanlar üzərində qurulan "24 aprel" adlı olmayan bir tarixi, hadisəni böyük türk dünyasının adına yazmaq, yazdırmaq riyakar, işğalçı ermənilərə müyəssər olub. Bu o ermənilərdir ki, dahilərin bu mənfur ermənilər haqqında dediklərinə nəzər salmaq kifayətdir.Tarixçi A.Anninski. XIX əsrin sonu: “Ermənilər həmişə azsaylı vəhşi tayfa olub”. Erməni şairi Yeqişe Çarentsu: “Bizdə ikiüzlülük hələ ana bətnində yaranır”. Rus diplomatı, şair A.S.Qriboyedov. 1819: “Bu ermənilər nə qədər murdar millətdirlər”.Qriboyedovun çara məktubundan: “Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin. Onlar elə bir qəbilədəndirlər ki, bir neçə onilliklər yaşadıqdan sonra bütün dünyaya buranın ataları və ulu babalarının torpağı olduğunu qışqırmağa başlayacaqlar”.Böyük Əmir Teymur (Teymurləng): “Tarix mənə iki şeyi bağışlamayacaq: 1) Etnos kimi erməniləri məhv etmək istəməyimi, 2) Bunu etməməyimi. Düzdür, ermənilər arasında da yaxşıları var, amma ümumilikdə, mənfur xalqdır”.Rus şairi A.S.Puşkin: “Sən qorxaq, sən qul, sən ermənisən”.Alman filosofu Karl Marks: “Ermənilər yaşamaq üçün qadınlarını digər xalqların yatağına salan ilk millətdir”.Bax budur, erməni məfumları. Və işğalçı ermənilər bilməlidirlər ki, Azərbaycan Xocalını, 31 mart hadisələrini dünyaya tanıtdıqca, "24 aprel" stereotipini, ağ yalanını əzəcək. Çünki həqiqət hər zaman yalan üzərində qələbə çalıb.Söz yox ki, "24 aprel" yalanını əzmək üçün bu millət Xocalı və 31 mart soyqırımlarını tanıtmaqla yanaşı, Qarabağdan da keçməlidir. Bu da reallıqdır ki, bu millət həmişə tarixi torpaqlarını azad etməklə öz hüququnu müdafiə etmək əzmində olub və bu əzmi isə xalqa dövlət verib, dövlət yaradıb! Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020- ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində düşməni darmadağın edərək doğma Qarabağımızı 28 illik əsarətdən xilas etdi.Bu gün ermənilər yenə də yalanları ilə beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkməyə, Azərbaycanın artan nüfuzuna və möhkəmlənən mövqeyinə kölgə salmağa cəhdlər etsələr də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, həmçinin Ermənistana və ona havadarlıq edənlərə keçilən tarix, hüquq və qürur dərsi bunu mümkünsüz edir. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Vətən müharibəsi Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya təqdim etdi. Ancaq bu tarixi – 31 Mart soyqırımını, erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini unutmayaq. Çünki 31 Mart soyqırımında ulu babaları, nənələri qanında boğulmuş millət bu zülmi unutmamalıdır ki, unudulmayasan! Çünki cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən gücülü, mərd Azərbaycan xalqı gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Artıq bütöv Azərbaycan var. Artıq hər birimiz Böyük Qayıdışa doğru gedirik. Əbədi torpaqlarımız düşmən işğalından azad olunmaqla, soyqırım qubanlarının da ruhu şad olmuşdur. Düşmən isə bütün müvafiq qanunlar qarşısında törətdiyi cinayətlərinə görə cavab verəcək, mütləq cavab verəcək. Buna heç kimin şübhəsi olmasın.RƏFİQƏ

phrase_var_article.chosen
36
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close