AZ

Unudulmaz tariximiz - sağalmaz yaramız - ŞƏRH

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında həm Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə yaşayan azərbaycanınlar soyqırımın qurbanı olmuşdular, 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır”. Bu dəhşətli mənzərəni təsvir edən həmin dəhşətli günlərin şahidi olmuş alman Kulnerdir.Amerikalı aqronom Leonard Ramsden Hartvill erməni zabiti xatirələri əsasında “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş Ovanes Apresyanın dediyinə görə ingilislərin və rusların yardımı ilə ermənilər öz məqsədlərinə çatıb, beş mindən çox azərbaycanlının qətlə yetirilmişdilər.1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarına nəzər salaq: 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir, 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir, Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətləri açır və hadisələr özünün əsl qiymətini alır. Bu soyqırım 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrin əsasında Azərbaycan xalqının parçalanmasının davamı oldu, torpaqların zəbti başlandı. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər "erməni vilayəti" inzibati bölgünün yaradılmasına nail oldular, əslən bu torpaqlardan olan azərbaycanlılar süni ərazi bölgülərindən qovuldular. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Ancaq həqiqət həmişə qalib gəlib.Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.Hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur, ermənilərin törətdikləri vəhşiliklər gənc nəsilə çatdırılır. Müasir gəncliyin əsas vəzifəsi tarixi öyrənmək, tariximizə etinasızlıq göstərməmək və belə vəhşiliklərin bir daha təkrar olunmaması üçün bunları heç vaxt yaddan çıxarmamaqdır. Güclü dövlət naminə biz hər zaman bir olmalıyıq və Cənab Prezidentimizin ətrafında sıx birləşməliyik.Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Şəhla XəlilovaYAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrəərazi partiya təşkilatının sədri

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla