AZ

Fransa daha bir Afrika ölkəsində mövqeyini itirdi- Seneqalın yeni prezidenti söz verdi

Image

Fransa daha bir Afrika ölkəsində mövqeyini itirib. Trend bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Belə ki, Seneqalın yeni seçilmiş prezidenti Bassiru Diomaye Faye keçmiş müstəmləkəçi ölkə ilə əlaqələrini tamamilə kəsəcəyinə söz verib.

Bundan başqa, o Qərbi və Ekvatorial Afrikadakı keçmiş Fransa müstəmləkələrinin frankından (CFA) imtina etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, 2023-cü ildə Fransa diplomatiyası Afrikada nüfuzunu əhəmiyyətli dərəcədə itirib.

Parisin keçmiş müttəfiqləri hərbi çevrilişlər və siyasi sarsıntılarla üzləşdikdən sonra öz xarici siyasətlərini digər istiqamətlərə yönəldiblər ki, bu da Fransanın diplomatik mövqeyinə öz əksini tapıb.

Fransa diplomatiyası əhəmiyyətli dərəcədə zəifləyib və əcnəbilər üçün Fransaya miqrasiya qaydalarını sərtləşdirən yeni qanun vəziyyəti daha da kəskinləşdirib.

Gələcəkdə xüsusən, Fransanın regionda hərbi nüfuzunun əsas nöqtələri olan Nigerdə və Burkina-Fasoda hakimiyyət dəyişikliyindən sonra Fransanın Afrikada maraqlarının ciddi çağırışlarla üzləşəcəyi gözlənilir.





phrase_var_article.chosen
64
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close