AZ

Todd Bouli “Çelsi”nin sədrliyindən kənarlaşdırılacaq

“Çelsi”nin ortaq sahibi, amerikan iş adamı Todd Bouli 2026/2027 mövsümünün sonunda London klubunun sədri vəzifəsindən kənarlaşdırılacaq.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, müvafiq addımın səbəbi “Çelsi” azarkeşlərinin Boulinin işindən narazı qalmasıdır.

Mövcud razılaşmaya əsasən, “Çelsi”nin şərikliləri 2026/2027 mövsümü başa çatdıqdan sonra etmək niyyətində olduqları sədrliyi hər beş ildən bir öz aralarında ötürə bilərlər.

Behdad Eqbali və Xose Felisianoya məxsus özəl sərmayə şirkəti “Clearlake Capital”, klubun holdinq şirkətində 61,5% paya sahibdir. Todd Bouli isə qalan 38,5% payı Hansyorq Viss və Mark Uolter ilə bərabər bölüşdürür.

Boulinin “adi” səhmlərə, “Clearlake Capital”ın nəhəng səhmdarlarının isə hər hansı maliyyə nəticələrindən daha çox qorunma təmin edən “imtiyazlı” səhmlərə sahib olduğu vurğulanır.
Beləliklə “Clearlake Capital”ın sahibləri müvafiq üstünlüklərindən istifadə edərək, “Çelsi”nin sədri rolunu öz üzərinə götürə və ya üçüncü tərəfi sədr təyin edə bilər. Bununla belə, Boulinin 2032-ci ildə yenidən sədr vəzifəsini tuta biləcəyi vurğulanır.

O da vurğulanır ki, yeni sədrlər “Çelsi”nin idarə edilməsinə yanaşmanı kökündən dəyişmək niyyətində deyillər.

Bütün bu hoqqabazlıqdan isə klub və komanda zərər çəkir. Məşhur “Çelsi”nin adı qalıb. “Zadəganlar” Premyer Liqanın ekvatorunda gicəllənirlər. 27 oyundan 39 xal toplamış “Çelsi” yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Hər şey avrokuboklarsız növbəti mövsümə doğru gedir.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla