AZ

Fransa bu il UNRWA-ya 30 milyon avro yardım edəcək


Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan ölkəsinin bu il Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə 30 milyon avro yardım edəcəyini bildirib.

7NEWS.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan nazirliyin həftəlik mətbuat konfransında bildirib ki, Fransa İsrail hakimiyyətinin UNRWA-nın Qəzza zolağının şimalına humanitar yardım çatdırmasına qadağa qoymasından təəssüflənir. Bölgədə aclıqdan ölən mülki vətəndaşların olduğuna diqqət çəkən Lemoine, İsrail səlahiyyətlilərindən qərarlarını yenidən nəzərdən keçirmələrini istəyib.

7NEWS.az
Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla