AZ

Son bir ayda bankların qiymətli kağızlardan gəlirləri - 2 DƏFƏYƏDƏK ARTIB

2024-cü ilin martın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 71,5 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 milyon manat və ya 6,7% çoxdur.

2023-cü ilin martın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 67 milyon manat olub.

Aylıq müqayisədə bankların qiymətli kağızlardan qazandıqları məbləğin həcmi 35,3 milyon (97,5%) artıb.

1 fevral vəziyyətinə bu göstərici 36,2 milyon manat təşkil edib.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla