AZ

“Neftçi" hesabda öndə - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.

QOL.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağıdır.  Görüş saat 16:30-a başlayıb.

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşacaq. Ağdam təmsilçisi bu gün çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün Qurban Qurbanovun komandasına 1 xal da kifayət edir. "Qarabağ" bu gün uduzmasa, son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart (cümə)

16:30. “Qəbələ” – “Neftçi” - 0:1 (Fasilə)

Qol: Lebon, 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

30 mart (şənbə)

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

31 mart (bazar)

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

phrase_var_article.chosen
20
35
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close