AZ

13 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Cənubi Koreyanın paytaxtı Seulda 13 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun Seongbuk vilayətində yerli vaxtla 09.21-də beton qarışdırıcının yük maşınına arxadan vurması nəticəsində zəncirvari qəza baş verib. Polisdən verilən açıqlamada motosiklet də daxil olmaqla 13 avtomobilin iştirakı ilə baş verən qəzada 17 nəfərin yaralandığı bildirilib. Yük maşını sürücüsü və bir nəqliyyat vasitəsi sürücüsünün vəziyyətinin ağır olduğu, yaralıların xəstəxanaya aparıldığı bildirilib.

Qəzaya qarışan bir çox avtomobil yararsız hala düşərkən, hadisə yerinə gələn qruplar vasitələrin çıxarılması üçün işlərə başlayıb. Polis hadisə ilə bağlı araşdırmalar aparır.

Seçilən
131
23
Mənbələr
Şərh ()
Bağla