AZ

“Rusiya Xarkova hücum etsə...” - Sırski xəbərdarlıq etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Aleksandr Sırski işğalçı ordunun Xarkova mümkün hücumu ilə bağlı məlumatı şərh edib.“AzPolitika” xəbər verir ki, "Ukrinform"a müsahibə verən Sırski qeyd edib ki, düşmənin hücum hərəkətlərinə hazırlığı ilə bağlı məlumatları, o cümlədən Qərb mediasının Xarkova yeni hücum təhlükəsi ilə bağlı qiymətləndirmələrini nəzərə almamaq mümkün deyil: “Ona görə də biz bu ehtimala adekvat cavab vermək üçün bütün tədbirləri görürük. Bu gün biz ərazilərin və mövqelərin möhkəmləndirilməsi üzrə böyük kompleks işlər həyata keçiririk, hərtərəfli maneələr sistemini quraşdırırıq və bu cür hərəkətlər olarsa, qoşunlarımızın istifadəsini planlaşdırırıq”.O, xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri artıq Xarkov vilayətində döyüş əməliyyatlarında təcrübəyə malikdir: "Biz zamanında düşməni cəzalandıra və Xarkov vilayətinin əhəmiyyətli hissəsini azad edə bildik. Məhz o zaman Rusiya cəbhəsinin geniş miqyaslı dağılması baş verdi. Ruslar yenidən ora hücum etsələr, Xarkov onlar üçün ölümcül şəhərə çevriləcək". Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi dünən Rusiya təbliğatının işğalçı ölkənin Xarkova yeni hücumu ilə bağlı yaydığı məlumatlara cavab verib. Cavabda qeyd edilir ki, Moskvanın Xarkova hücumla bağlı apardığı təbliğat kampaniyası informasiya müharibəsinin tərkib hissəsidir. “AzPolitika.info”

phrase_var_article.chosen
140
40
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close