AZ

“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO

Doğma çay markası “Azerçay”ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib.
 
Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbirdə yarışların qaliblərinə hədiyyələr təqdim olunub. Bununla yanaşı Novruz simvollarını özündə əks etdirən, milli adət-ənənələri xatırladan guşələr də fəaliyyət göstərib. Guşələrə yaxınlaşan vətəndaşlar maraqlı xatirə fotoları çəkdiriblər. Yaradılmış guşələr qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
 
Qeyd edək ki, Azərbaycanın çay adət-ənənələrini yaşadan, doğma çay markası olan “Azerçay”, bir çox sosial layihələrin təşkilatçısı və dəstəkçisidir. Dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.

phrase_var_article.chosen
40
8
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close