AZ

Peskovdan Alla Puqaçova ilə bağlı AÇIQLAMA: "Xarici agent..."

Son vaxtlar Rusiya estradasının divası Alla Puqaçova tez-tez rusların nifrət obyektinə çevrilir. Belə ki, bu yaxınlarda Alla Puqaçova sosial şəbəkələrdə “Krokus”da törədilən və yüzlərlə insanın ölümü ilə nəticələnən terror aktına heç bir reaksiya vermədiyinə görə qınanılıb.

 

Daim Rusiya ilə müharibədə Ukraynaya dəstək verdiyini bəyan edən müğənni Alla Puqaçovanın vətənində xarici agent kimi tanınması istənilib.

 

Sfera.az bildirir ki, bununla bağlı Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, “xarici agent” məsələsi ilə bağlı rəsmi nəsə yoxdur.

 

“Alla Puqaçovanın xarici agentlər siyahısına salınması ilə bağlı rəsmi açıqlamalar yoxdur. Mən bu barədə heç nə eşitməmişəm”, - Peskov bildirib.

 

Qeyd edək ki, primadonna tez-tez müharibə və Rusiya əleyhinə bəyanatlar verib.

 

Günay

Seçilən
114
48
Mənbələr
Şərh ()
Bağla