AZ

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar, həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra tədbir iştirakçıları 31 Mart qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı barədə ətraflı məlumat verib.

Rəis müavini İsmayıl Əfəndiyev qeyd edib: “Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılıb, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı Sərəncamından sonra hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”.

Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə tədbirdə çıxış edərək azərbaycanlıların soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət, məhv edilmiş və yerlə yeksan edilmiş kəndlər barədə məlumat verib. Tariximiz bizim milli kimliyimiz, milli yaddaşımızdır. Biz daim millətimiz və xalqımızın tarixinə yazılanları bilməli və unutmamalıyıq. Bu baxımdan 31 Mart qurbanları da tarixin yaddaşından silinməyəcək, bu soyqırımı daim xalqımız tərəfindən xatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla