Ukraynanın Odessa şəhərində partlayışlar baş verib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, eyni zamanda Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Odessaya hücumla bağlı başqa təfərrüatlar verilmir.
Bundan əvvəl Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitski Ukraynanın Lvov vilayətində mühüm infrastruktur obyektinin zədələndiyini bildirib . Onun sözlərinə görə, dağıntılar partlayışlardan sonra qeydə alınıb. Lakin o, konkret hansı obyektdən danışdığını dəqiqləşdirməyib.
Ayxan