AZ

Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar

Xəbər verdiyimiz kimi, aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.
 
Moderator.az Bakupost-a istinadən xəbər verir ki, artıq televiziyanın aparıcı heyəti də bəlli olub. Belə ki, uzun illər müxtəlif televiziya kanallarında çalışmış bu məşhur simalar müxtəlif sosial layihələrlə DOST TV-nin efirində izləyiciləri ilə görüşəcəklər:
 
Şahin Əliyev – “Lider” və “ARB” kanallarında;
 
Rəşad Mehdili – AZTV-də;
 
Murad Haşımov – “AZTV”, “ARB” telekanallarında, “Araz FM” radiosunda;
 
Sərvər Abdullayev – “ARB”, “Xəzər” və “İTV” telekanallarında;
 
Rüstəm İbadov – Xəzər TV-də;
 
Fidan Cəfərova – “Xəzər”, “Lider”, “ANS” və “ATV” telekanallarında, “106” və “106.3” FM radiolarında;
 
Gülnar Əzizova – “CBC” telekanalında və AVTO FM-də;
 
Fərqanə Səfər – Space TV-də;
 
Əsmər Nəcməddinqızı – “ATV” və “ARB” 24 kanallarında çalışıblar.
 
Qeyd edək ki, adıçəkilən şəxslər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların ictimaiyyətlə əlaqələr sahəsində çalışırlar.
 
Seçilən
85
8
Mənbələr
Şərh ()
Bağla