AZ

Cənubi Qafqazdasülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var - Hikmət Hacıyev

Bakı. Trend:

Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyənsiyasət yürüdənlər var.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsindədeyib.

O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpaetmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiəhüququndan istifadə etmək məcburiyyətində qaldığını xatırladıb.

"Biz ikili standartlarla üzləşirik. Biz xarici siyasətdə hərbitəcavüz və işğala haqq qazandırılması, eləcə də separatçılığıntəşviq olunması ilə üzləşirik. Bu istənilən digər ölkə üçün olduğukimi, Azərbaycan üçün də qəbuledilməzdir. Biz bu səhifəni çevirdik,sülh və təhlükəsizliyi təmin etdik. Yəqin ki, bu çox çətindir,lakin bəzən yerlərdə sülh və təhlükəsizliyi təmin etmək üçün zəruriolur. Hazırda Ermənistan və Azərbaycan sülhə həmişə olduğundan dahayaxındır. Son altı ay Ermənistan-Azərbaycan sərhədində iki ölkətarixindəki ən dinc müddət olub. Biz ATƏT-in Minsk qrupununsədrliyinin də şahidi olmuşuq. Son 30 il ərzində o danışıqlaraparırdı, lakin xüsusi nəticələr əldə etmədi. İşğal davam edirdi vəbiz sülhdən uzaq idik. İndi isə sülh yaxındadır. De-fakto sülhhökmranlıq sürür", - H.Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın yanaşması Qafqazregionunu sülh və əməkdaşlıq regionuna çevirməkdən ibarətdir.

"Biz hərbi işğalın obyekti olmağımıza baxmayaraq, sülh sazişininmətnini hazırlamışıq, həmçinin sülh sazişinin 5 təməl prinsipiniErmənistan Respublikasına təqdim etmişik. Sülh sazişi ilə bağlıyaxşı irəliləyirik, lakin Azərbaycanın yanaşması bundan ibarətdirki, sülh Bakı ilə İrəvan arasında olmalıdır, çünki bu region bizəməxsusdur. Sülh nə Vaşinqtonda, nə Brüsseldə, nə də Parisdə deyil.Sülh burada - Cənubi Qafqaz regionunda, iki ölkə arasındadır. Bizirəlilədiyimizi görürük, lakin regional əməkdaşlığa və sülhgündəliyinə mənfi təsir göstərən müəyyən siyasi tədbirlər var", -deyə H.Hacıyev əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
53
7
Mənbələr
Şərh ()
Bağla