AZ

Di Mariyanı hədələyənlər saxlanıldı

Argentina millisinin və Portuqaliyanın “Benfika” komandasının futbolçusu Anxel Di Mariyanı təhdid edən üç şəxs saxlanılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl 37 yaşlı yarımmüdafiəçinin yaşadığı mənzilin önünə məktub qoyulub. Cinayətkarlar oyunçunu Rosario şəhərinə dönəcəyi təqdirdə, ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər.

Argentina polisi hər üç şəxsi saxlayıb. Onların arasında narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən şəxs də var.

Hazırda polis Anxel Di Mariya və ailəsinin hansı səbəbdən təhdid edildiyini araşdırır.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla