AZ

ABŞ onkoloqları süni intellekt tərtibatçılarının tibbi səhvlərə görə məsuliyyət daşımasını istəyirlər

ABŞ onkoloqları süni intellekt tərtibatçılarından xərçəngin müalicəsində süni intellektin istifadəsi ilə baş verə biləcək tibbi səhvlərə görə də məsuliyyət daşımasını tələb edirlər. Bizimyol.info "trthabr"ə istinadən xəbər verir ki, "Journal of American Medical Association" (JAMA) jurnalında dərc olunan məqaləyə görə, 2022-ci ilin noyabrından 2023-cü ilin iyuluna qədər ABŞ-da çalışan 204 onkoloqa xərçəngin müalicəsində süni intellektin istifadəsi ilə bağlı suallar verilib. Sorğuda respondentlərin təxminən 90 faizi süni intellektin inkişaf etdiricilərinin xərçəngin müalicəsində süni intellektin istifadəsi nəticəsində yarana biləcək mümkün hüquqi problemlərə görə məsuliyyət daşımalı olduğunu iddia edib. Sorğuda iştirak edən onkoloqların 47,1 faizi məsuliyyəti həkimlərin, 43,1 faizi isə xəstəxanaların üzərinə götürməli olduğunu bildirib. Onkoloqların 81,4 faizi süni intellektlə müalicə üçün xəstələrin razılığının alınmasının vacibliyini bildirib. ABŞ həkimlərinin 36,8 faizi süni intellektlə həkim tövsiyələri ziddiyyət təşkil edərsə, qərarın xəstələrin ixtiyarına verilməli olduğu fikrini ifadə edib. ABŞ Qida və Dərman İdarəsi (FDA) onkologiya sahəsində süni intellekt modellərinin istifadəsini təsdiqləsə də, tədqiqatçılar süni intellektin bu sahədə inqilabi rolu ola biləcəyinə diqqət çəkirlər. Qadir, Bizimyol.info

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla