AZ

Ceyhun Bayramov Pavel Knyazevlə görüşdü

29 mart 2024-cü il tarixində Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub.

C.Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlar prosesi, habelə görülən hazırlıq işləri barədə məlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.

Seçilən
21
41
Mənbələr
Şərh ()
Bağla