AZ

Aİ-Ermənistan-ABŞ müştərək konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər - Ceyhun Bayramov

Bakı. Trend:

29 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlərNazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbuledib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan vəRusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindənirəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirəolunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərinregional və beynəlxalq platformalarda əməkdaşlığıngenişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Birsıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləriətrafında müzakirə aparılıb.

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlarprosesi, habelə görülən hazırlıq işləri barədəməlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanınbölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir CeyhunBayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeniçağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaqyerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiyaetmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.

Bu istiqamətdə, cari ilin 5 aprel tarixində keçiriləcəkAİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf vəinklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin,habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökmsürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlınarahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regionalsülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davametdirmək əzmində olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Aİ-Ermənistan-ABŞ
Aİ-Ermənistan-ABŞ
phrase_var_article.chosen
7
41
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close