AZ

Cəlilabadda sabiq məktəb direktoru 45 min manat mənimsəmədə şübhəli bilinir

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirov 45 min manat mənimsəmədə şübhəli bilinir.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sabiq direktorun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Toplanmış sübutlarla onun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Camal Bəşirova Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Seçilən
131
34
Mənbələr
Şərh ()
Bağla