AZ

Dördqat dünya çempionunun karyerasını bərpa etməsinə ailəsi imkan vermir

Dördqat dünya çempionu Sebastyan Fettel RTL kanalına müsahibə verərkən yarışlara dönmə arzusunda olduğunu etiraf edib.

“Bəzən karyeramı bərpa etmək haqqında düşünürəm. Lakin çempionatda 24 mərhələnin olması bir qədər fikrimi yayındırır. Xüsusilə də uzun müddət ərzində evdən uzaqda olmağım istəyimi azaldır. Uşaqlar da eyni fikirdədirlər. Onlar da mənim yenidən Formula 1-ə dönməyimə qarşı çıxırlar. Son ilyarım ərzində ailəmlə birlikdə gözəl günlər yaşayıram. Bunları qurban vermək istəmirəm”, – deyə Fettel fikirlərini söyləyib.

Almaniyalı sabiq pilot tez-tez “Mersedes” komandasının rəhbəri Toto Volfla zəngləşdiyini də bildirib.

phrase_var_article.chosen
44
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close