AZ

​Ukraynalı müğənni Angela beynəlxalq mərasimdə təltif olundu -

Yaddaşlardan silinməyən obrazı ilə Ukrayna musiqisinin yeni ulduzu Angela. Gənc yaşlarında səhnəni böyük məhəbbətlə sevən ukraynalı müğənni və ictimai xadim Angela öz pozitiv əhval-ruhiyyəsi ilə auditoriyanı təsirdə saxlayan heyrətamiz istedada malikdir.
İradəsi və istedadı ilə ilk gənclik çağlarından fərqlənən Angela MS TOP UKRAINE 2023 və MRS GRAND QUEEN UNIVERSE 2023 müsabiqələrinin qalibidir. Öz idealı uğrunda sənət yollarında inamla irəliləyən istedadlı ulduz düyna səhnələrini fəth etməkdə davam edir. O, musiqi karyerasına 2016-cı ildə Ukraynada başlayıb. Sənətçi ABŞ-də işıq üzü görən ilk ingilis dilində olan "Black and White" mahnısı ilə məşhurlaşıb. Ölkəsinin çətin günlər yaşadığı bir zamanda onun əsas fəaliyyəti xeyriyyəçi, həmvətənlərinə dəstək olmaq, gerçəkləri təbliğ etməklə səsini dünyaya duyurmaqdır. Bu günə qədər çoxsaylı mükafatlara layiq görülən sənətçi "İlin uğuru", "İlin müğənnisi" və "Ölkənin qüruru 2023" kimi mükafatınlara layiq görülüb.

Son olaraq Angela, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Successful Singer of The Year” nominasiyasına layiq görülmüşdü.

Seçilən
121
4
Mənbələr
Şərh ()
Bağla