AZ

Qubadlının icra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 29 mart 2024-cü il tarixdə Sumqayıt şəh. H.Z.Tağıyev qəsəbəsi, Xəzri məhəllə komitəsinin ərazisində yerləşən, B.Əsgərov adına Xələc kənd tam orta məktəbdə keçirilib. 

"Unikal" xəər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.         

Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.  

phrase_var_article.chosen
180
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close