AZ

"Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu

Futzal üzrə Estoniya çempionatının növbəti mövsümü başa çatıb...Həmyerlilərimizə məxsus “Viymsi Qarabağ” klubu bürünc medallara sahib olub.Üçüncü yer uğrunda görüşdə “Viymsi Qarabağ” “Tartu Ravens”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.Bütün qollar oyunun ikinci hissəsində - ilk olaraq Yuri Dmitrenko, daha sonra isə iki dəfə komandanın məşqçisi Vitali Katerinin tərəfindən vurulub.Xatırladaq ki, ötən mövsüm də bürünc uğrunda mübarizədə həmin rəqiblər qarşılaşıb. Həmin oyunda Viyms komandası 5:2 hesabı ilə qalib gəlib.Poliqon.info

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla