AZ

“Ermənistanın suverenliyinin yeganə qarantı 102-ci bazadır” - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, 102-ci hərbi bazanın və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.“AzPolitika” xəbər verir ki, “RİA Novosti”nin yaydığı məlumatda belə deyilir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Qərbin Ermənistana “təhlükəsizlik təkliflərinin sağlam düşüncəyə tamamilə zidd olduğunu” bildirib: “102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların geri çəkilməsinin Ermənistanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır. Bu gün bizi mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”.“AzPolitika.info”

Seçilən
70
8
Mənbələr
Şərh ()
Bağla