phrase_var_article.topics
Yunan mətbuatının son təhlillərində Qərbin anti-Rusiya siyasətinin Türkiyəni super gücə çevirdiyi bildirilir.
Publika.az xəbər verir ki, Yunanıstan KİV-ləri bir daha Türkiyənin müdafiə sənayesində əldə etdiyi irəliləyişlər barədə xəbərlər yayıb.
Yunanıstanın aparıcı xəbər saytlarından biri olan “News Break” yazıb ki, Qərbin Rusiyaya qarşı düşmənçiliyi Türkiyəni fövqəlgücə çevirib: “Xüsusən də müdafiə sənayesində Türkiyə əsas gücə çevrilib”.
Pentaqonun 2024-cü ildə təhvil veriləcək 116 min döyüşə hazır artilleriya mərmisi Türkiyə şirkətindən aldığı, başqa bir türk şirkətinin isə Texasda fabrik inşa etdiyi xatırladılıb.