AZ

Ukrayna və Hindistan  ticarəti bərpa edir

Ukrayna və Hindistanın xarici işlər nazirləri Dmitri Kuleba və Subrahmanyam Jaishankar iki ölkənin ticarət və əməkdaşlığı Ukrayna ərazisində hərbi əməliyyatların başlamasından əvvəlki səviyyəyə çatdırmaq istəyini açıqlayıblar. Bakıvaxtı.az xəbər verir ki, bubarədə“Reuters” məlumat yayıb. Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin səfəri 2022-ci ilin fevralından bəri iki ölkə arasında bu səviyyədə ilk danışıqlar olub. Kuleba vurğulayıb ki, danışıqlar zamanı tərəflər “sülh formuluna” və onun həyata keçirilməsi istiqamətində atılacaq növbəti addımlara da xüsusi diqqət yetiriblər.  Günəş Mərd

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla