AZ

Çin imperatorunun üzü yenidən quruldu

Alimlər Çinin 6-cı əsrdə yaşamış Şimali Çjou İmperatoru Vu Ti-nin qalıqlarından çıxarılmış DNT-dən istifadə edərək onun üzünü yenidən düzəldiblər. Bakıvaxtı.az xəbər ki, bu barədə “Current Biology” jurnalında məqalə dərc olunub. Tədqiqatçılar qrupu Çin hökmdarının DNT-sində bir milyondan çox tək nukleotid polimorfizmini yenidən qurmağı bacarıb. Bu polimorfizmlər (SNP) genlərdə spesifik nukleotidlərin əvəzlənməsidir. Bəzi SNP-lərdə imperatorun dərisi və saç rəngi haqqında məlumatlar olub. İmperator Vunun kəllə sümüyünün və genetik məlumatların əsasında alimlər onun üzünün üçölçülü rekonstruksiyasını əldə ediblər. Üz cizgilərinə əsasən imperatorun 36 yaşında həyatına son qoyan insult keçirməsi fikri irəli sürülüb. Qeyd edək ki, İmperator Vu qədim Çində Şimali Çjou sülaləsinin hökmdarı olub.  Eramızın 560-cı ildən 578-ci ilə qədər hakimiyyəti dövründə o, güclü ordu qurub və Şimali Qi sülaləsini məğlub etdikdən sonra qədim Çinin şimal hissəsini birləşdirib. Günəş Mərd 

phrase_var_article.chosen
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close