AZ

AQSİA-nın üzvləri Aqrar Biznes Festivallarında iştirak edir

AQSİA-nın regional üzvləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə təşkil etdiyi Aqrar Biznes Festivallarında iştirak edir.

“İki sahil” xəbər verir ki, növbəti festival Quba rayonunda təşkil olunub. Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatının qloballaşması şəraitində Azərbaycanda aqrar bölmənin sabitliyi və dünya kənd təsərrüfatı bazarına inteqrasiyası, ərzaq təhlükəsizliyinin təmini, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ilk növbədə, səmərəli innovasiyaların tətbiqi ilə gerçəkləşə bilər. Ölkəmizdə də kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bildirib ki, 2023-cü ilin sentyabr ayında Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin paytaxtı elan edilib. Qubanın Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğunu diqqətə çatdıran icra başçısı fermerlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən Aqrar Biznes Festivallarında əməkdaşlıq imkanlarının geniş olduğunu, istehsalçılar və fermerlər arasında birbaşa əlaqə yaratdığını qeyd edib.

Daha sonra nazir Məcnun Məmmədov və Quba Rayon İcra hakimiyyətinin başçısı İlqar Mahmudov festivalda nümayiş olunan stendlərə baş çəkiblər.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, aqrar sahənin müxtəlif istiqamətləri üzrə istehsal və satış ilə məşğul olan şirkətlər təmsil olunublar.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə keçirilən festivalda Quba-Xaçmaz iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak edib.

Festival çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.

AQSİA İdarə Heyəti sədri Səkinə Babayeva AQSİA regional qadın qrupları və onların istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib.

Eyni zamanda, Qusar rayonu Gican kəndindən olan fermer Etibar Səfərova məxsus kələm əkini sahəsində baş verən sel-subasma hadisəsi nəticəsində dəyən zərərə görə sığorta ödənişi təqdim edilib Kənd təsərrüfatı məhsullarının nümayişi və satışı ilə yanaşı festivalda ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər keçirilib.

phrase_var_article.chosen
136
9
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close