AZ

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. 

Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.
Alessandra Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlif sektorlar üzrə inkişaf tədbirlərini nəzərdə tutan layihələrin, həmçinin DİM-lərə investisiyaların cəlb olunmasının əhəmiyyətini qeyd edib, COP29-la bağlı dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, işğaldan azad olunmuş ərazilərə qayıdış, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub.

Bizim.Media
 

phrase_var_article.chosen
54
33
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close