AZ

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi ARTIB

Bakı. Trend:

2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdənatmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ciillə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min tontəşkil edib ki, onun da 85,0 faizi və ya 820,8 min tonuavtomobillərdən atılan tullantıların payına düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən xəbərə görə,avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb,stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faizazalıb.

Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənayemərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdəyaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğularvasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərlimaddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrindətexnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyiciqurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinəil ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısıalınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faiziniazot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isədigər çirkləndirici maddələr təşkil edib.

phrase_var_article.chosen
0
13
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close