AZ

Netanyahu qərarınıAÇIQLADI

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında israilli girovların azad edilməsi ilə bağlı HAMAS ilə razılaşmaya dair məsləhətləşmələri davam etdirmək üçün yaxın günlərdə Mossad və Şin Bet kəşfiyyat heyətlərini Qətər və Misirə göndərmək qərarına gəlib.

“İki sahil” "Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə Baş nazirin Ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Netanyahu Mossad (David Barnea) və Şin Bet (Ronen Bar) rəhbərləri ilə danışıb və girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün yaxın günlərdə nümayəndə heyətlərinin Doha və Qahirəyə göndərilməsini təsdiqləyib.

Qeyd edək ki, keçən həftənin sonunda HAMAS Dohada İsrail, Qətər, Misir və ABŞ-ın iştirakı ilə keçirilən danışıqlardan imtina etdikdən sonra, Mossad-ın rəhbəri David Barnea İsrailə qayıtsa da danışıqlarda iştirak edən komanda üzvləri Dohada qalıb.

phrase_var_article.chosen
135
31
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close