AZ

Taliban qadınları daşqalaq etməklə cəzalandırmağa başlayacaq

Taliban qadınları zinaya görə daşqalaq edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

"Demokratik prinsiplərinizə zidd olduğu üçün onları zina etdiklərinə görə açıq şəkildə daşqalaq etməyimizi qadınların hüquqlarının pozulması adlandıra bilərsiniz. Amma mən Allahı təmsil edirəm, siz isə şeytanı təmsil edirsiniz", deyə Taliban rejiminin başçısı Heybətullah Axundzadə bu qərarı şərh edib.

Ölkə qadınları daşqalaq etməklə yanaşı, kütləvi şəkildə şallaqlamaq təcrübəsinə də qayıtmaq niyyətindədir.

Qeyd edək ki, 2022-ci ilin martında Taliban orta və lisey şagirdlərinin dərslərə getməsini qadağan edib, 2022-ci ilin dekabrında isə qadağa ibtidai məktəblərə də şamil olunub.

Qadınlara universitetlərə təhsil almaq və ya müəllim kimi daxil olmaq qadağandır. 13 avqust 2022-ci ildə Kabildə qadınların təhsil hüququ uğrunda nümayişini yatırarkən Taliban üzvləri atəş açıb.

2022-ci ilin may ayından etibarən Əfqanıstanda hicab taxmaq məcburidir. Əfqan qadınlarının Kabil parklarını ziyarət etməsi də qadağandır. Ölkədə qadınlar beynəlxalq təşkilatlarda və QHT-lərdə işləməkdən tamamilə kənarlaşdırılıb.

Aydın

Seçilən
46
32
Mənbələr
Şərh ()
Bağla