AZ

"Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub"- Hikmət Hacıyev

Image

Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

"Regional məsuliyyət, təşəbbüs və əməkdaşlıq olmalıdır. Sülh Bakı ilə İrəvan arasında olmalıdır. Biz bir-birimizin problemlərini anlamalı, qarşıdurma səhifəsini çevirməli və irəli hərəkət etməliyik. Misal üçün Fransa kimi ölkələr bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən isə sülh barədə danışır. Bu, fayda gətirə bilməz, çünki siz prosesdə qərəzli tərəfə çevrilirsiniz. Biz həmçinin, ABŞ-nin də bir sıra bəyanat və tədbirlərindən məyus olduq. ABŞ Azərbaycana münasibətdə birtərəfli mövqe tutub", - o deyib.

Prezidentin köməkçisi ABŞ-nin həmçinin, Azərbaycana yardım göstərməyi qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul etməsini xatırladıb.

"Azərbaycanın heç kimin yardımına ehtiyacı yoxdur. Biz yardım alan ölkə deyilik. Bu cür konsepsiya bizim üçün anlaşılmazdır. 907-ci düzəliş ABŞ Konqresi tərəfindən hələ 1992-ci ildə Azərbaycan əraziləri işğal altında olanda qəbul edilib. Təsəvvür edin ki, siz işğala məruz qalırsınız və ABŞ Konqresi Amerika hökumətinə Azərbaycana yardım göstərməyi qadağan edən 907-ci düzəlişi qəbul edir.

Lakin yenə də bu ABŞ-nin seçimi, onun Konqresidir, lakin məsələ burasındadır ki, siz birtərəfli tədbirlər görürsünüzsə, danışıqlar prosesində qərəzsiz tərəf ola bilməzsiniz. Biz xeyirxah xidmətləri yüksək qiymətləndiririk. Lakin hər hansı vasitəçiliyə ehtiyac olduğunu hesab etmirik", - deyə H.Hacıyev əlavə edib.





Seçilən
46
5
Mənbələr
Şərh ()
Bağla