AZ

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar kredit ayırıb

...Dünya Bankı (DB) Artım üçün Çərçivə (DPL) siyasətini həyata keçirmək məqsədilə Ukraynaya 1,5 milyard dollar ayırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

Ukrayna hökuməti başçısının sözlərinə görə, 994 milyon dollar Yaponiyadan gəlib, qalan 516 milyon dollar isə Böyük Britaniya tərəfindən ayrılıb.

Şmıqal dəstəklərinə görə müttəfiqlərinə təşəkkür edib.

Eyni zamanda, Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram kanalında Dünya Bankından növbəti maliyyə paketinin 2024-cü ilin oktyabrında gözlənildiyini xatırladıb.

Martın 21-də Beynəlxalq Valyuta Fondunun (BVF) İdarə Heyəti də Ukraynaya 880 milyon dollar məbləğində yeni yardım paketini dəstəkləyib və bu kredit ölkənin dövlət büdcəsinə göndəriləcək. BVF Kiyevin iqtisadi səmərəliliyin bütün sahələrində mühüm uğurlar əldə etdiyini vurğulayıb.

Nazlı

Seçilən
131
30
Mənbələr
Şərh ()
Bağla