AZ

BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, rektor Elçin Babayev iclasın gündəliyi barədə Şura üzvlərinə məlumat verib.
 
İclasda 27 mart – Azərbaycan Respublikasında “Elm günü” münasibətilə BDU-nun elan etdiyi “İlin alimi” müsabiqəsində qalib gələn alimlərə diplomlar təqdim olunub.
 
Elmi Şurada BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planının hazırlanması, akademik Nizami Cəfərovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” əsərinin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması haqqında qərarlar qəbul edilib.
 
Daha sonra BDU-nun 2024-cü il üçün Fəaliyyət Planı müzakirə edilərək qəbul olunub. Fəaliyyət Planında akademik nüfuzun, akademik heyət üzrə istinadın, əcnəbi müəllim-tələbə sayının artırılması, işəgötürənlərin tədris prosesinə inteqrasiyası, məşğulluq göstəricilərinin, beynəlxalq elmi-tədqiqat indeksinin yaxşılaşdırılması, müəllim-tələbə nisbəti, dayanıqlı inkişaf üzrə görüləcək fəaliyyətlər (konkret indikator göstəriciləri ilə) əks olunub.
 
İclasın sonunda cari məsələlər müzakirə edilib.
phrase_var_article.chosen
39
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close