AZ

Göygöldə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Göygöl rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, partiya veteranı Salman Balakişiyev, Vətən müharibəsi iştirakçısı Faiq Bayramov və digərləri 1918-ci ilin Mart soyqırımının miqyasına və amansızlığına görə yalnız Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı cinayətlərdən biri olduğunu deyiblər. Vurğulanıb ki, Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Təkcə Bakıda bir həftə ərzində 12 mindən çox günahsız müsəlman əhali vəhşicəsinə qətlə yetirilib.
Qeyd olunub ki, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımında xüsusi önəm daşıyır.

phrase_var_article.chosen
134
21
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close