AZ

FHN "Firuzə"dən nə alır?

Fövqəladə Hallar Nazirliyi (FHN) sahibkar Fərid Dadayevlə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 2400 manatdır. 

Müqavilənin şərtlərinə görə, Fərid Dadayev FHN-nə iaşə xidmətləri göstərməlidir. 

Araşdırmalarımız zamanı məlum olub ki, Fərid Dadayev Bakının mərkəzində fəaliyyət göstərən "Firuzə" restoranının sahibidir. 

İddialara görə, FHN-nin xaricdən qonağı var. İaşə xidməti də həmin qonaq üçündür. 

Nazirlik həmçinin "Old Cty İnn" firması ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 2478 manat olan müqavilə mehmanxana xidmətlərinin göstərilməsi ilə bağlıdır. 

"Old City İnn" firması 30 iyun 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 787 463,73 AZN-dir. Firmanın qanuni təmsilçisi Zülfüqarova Aida Davud qızıdır. 

Məlumat üçün deyək ki, firma otel xidməti göstərir. 

Seyid

phrase_var_article.chosen
131
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close